KİV:Pentaqon İsrailin casusluq təhlükəsi səviyyəsini artırıb
ABŞ Müharibə Nazirliyi (Pentaqon) İsrailin ABŞ-ə qarşı artan casusluq fəaliyyətindən dərin narahatlıq keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə "NBC News" bir neçə ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, ABŞ Müdafiə Kəşfiyyat Agentliyi son həftələrdə İsrail və ABŞ arasında İranla müharibədə növbəti addımlar barədə fikir ayrılıqları səbəbindən artan gərginlik fonunda yeni əks-kəşfiyyat təhdidi qiymətləndirməsi dərc edib. Bir rəsmi bildirib ki, agentlik İsraildən təhdid səviyyəsini kritik səviyyəyə qaldıran daxili memorandum yayıb.
22:33 06.06.2026
Oxunuş sayı: 57