KİV: Ermənistanda seçkiqabağı altı deputat həbs olunub
Ermənistan Mərkəzi Seçki Komissiyası Kremlyönlü "Güclü Ermənistan" partiyasından altı deputatlığa namizədin cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verib.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkə KİV-i məlumat yayıb.
Bu namizədlər Vahe Tavakalyan, Hayk Avakyan, Vahe Yegiazaryan, Susan Badoyan, Aşot Sahakyan və Artur Abrahamyandır.
Ermənistan İstintaq Komitəsinin onları həbs etmək qərarına gəldiyi bildirilir. Saxlanılan şəxslərin hansı səbəbdən həbs olunduğunu hələlik açıqlanmayıb.
23:00 06.06.2026
Oxunuş sayı: 46