Rusiyada internet istifadəçilərinin yaşının yoxlanılması təklif olunur
Rusiyada onlayn platforma istifadəçilərinin yaşa görə identifikasiyası mexanizmlərinin tətbiqi gündəmə gətirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın rəqəmsal inkişaf naziri Maksut Şadayev bildirib.
Onun sözlərinə görə, internet platformalarında istifadəçilərin yaşının müəyyənləşdirilməsi ilə bağlı mexanizmlərin tətbiqi yaxın dövrün əsas məsələlərindən biridir.
Şadayev qeyd edib ki, Avropa ölkələri və digər inkişaf etmiş dövlətlər artıq bu istiqamətdə addımlar atır və daha sərt məhdudiyyətlərin tətbiqi yolunu seçirlər.
Zeynəb Həsən
03:30 07.06.2026
Oxunuş sayı: 59