Rusiya Ukraynanın nəqliyyat əlaqələrinə hücum etməyə başlayıb
Rusiya qüvvələri sərhəddən təxminən 20 kilometr məsafədə yerləşən Bohoduxiv yaxınlığında Xarkov və Sumı arasındakı nəqliyyat əlaqələrinə sistematik şəkildə hücum etməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Sergey Beskrestnov məlumat verib.
"Təəssüf ki, logistikaya hücumların vacibliyini başa düşən tək biz deyilik. Sürücülərin bu vəziyyətdə diqqətli olmaları barədə xahişləri mənasızdır; nə edəcəyimizi düşünməliyik",-deyə, Beskrestnov qeyd edib.
Rusiya ordusu Xarkovu Kiyevlə birləşdirən magistral yolda yük maşınlarına və dəmiryol vaqonlarına zərbələrə başlayıb.
Bu istiqamətdə bir sıra yük maşını sıradan çıxıb. Ruslar eyni zamanda Xarkovda yanacaq doldurma məntəqələrini hədəf almağa başlayıb
22:47 06.06.2026
Oxunuş sayı: 56