Borcdan qaçmaq istədi, təndirdən çıxarıldı
Özbəkistanda aliment borclusu məhkəmə icraçılarından gizlənmək üçün təndirə girib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Nəvai vilayətində qeydə alınıb.
Məlumata görə, iki il ərzində aliment ödəməkdən yayınan və təxminən 71 milyon sum (təxminən 10 min manat) borc toplayan şəxs hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.
Yerli xidmətlərin məlumatına əsasən, məhkəmə icraçılarından gizlənməyə çalışan kişi təndirin içərisində gizlənib. Lakin o, qısa müddət sonra aşkarlanaraq saxlanılıb.
Məhkəmənin qərarı ilə borclu şəxs barəsində 15 sutka müddətinə inzibati həbs cəzası təyin edilib
00:30 07.06.2026
Oxunuş sayı: 49