Qəbələdə xanəndə Asim Əliyevin 75 illik yubileyi qeyd olunub
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qəbələnin musiqi mədəniyyətində misilsiz xidmətləri olan incəsənət xadimi, xanəndə Asim Əliyevin 75 illik yubiley mərasimi keçirilib.
Yubiley tədbirində mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nümayəndələri, respublikanın müxtəlif regionlarından dəvət olunmuş incəsənət xadimləri, musiqiçilər, xanəndənin yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Crossmedia.az Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir ki, musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi, MEMİM-nin əməkdaşı Səadət Təhmirazqızının moderatorluğu ilə keçirilən yubiley tədbirində xalq və bəstəkar mahnıları, muğam, aşıq musiqiləri, həmçinin şeirlər səsləndirilib.
Çıxış edənlər Asim Əliyevin keçdiyi sənət yolu, yaradıcılığı və muğam sənətinə verdiyi töhfələrdən bəhs ediblər.
Sonda Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Qəbələ rayonu üzrə nümayəndəliyi tərəfindən xanəndəyə fəxri fərman və hədiyyələr təqdim edilib.(Azertac)
17:00 26.10.2025
Oxunuş sayı: 1495