Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 18-19-da Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək.
Crossmedia.az ADY-yə istinadən xəbər verir.
Məlumata görə, eyni zamanda, sentyabrın 29-dan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfərlər təşkil olunur.
Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.
17:05 14.10.2025
Oxunuş sayı: 1101