Məktəb avtobusları avtobus zolaqlarına daxil ola biləcək?

Azərbaycanda oktyabrın 1-dən istifadəyə veriləcək məktəb
avtobuslarının avtobus zolaqlarına daxil olub-olmaması ilə bağlı məsələyə
aydınlıq gətirilib.
Crossmedia.az xəbər verir ki, Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA)
bildirilib ki, məktəb avtobusları avtobus zolaqlarına daxil ola bilməyəcək.
Məlumata
əsasən, avtobus zolaqlarında yalnız müntəzəm avtobus marşrutları və operativ
nəqliyyat vasitələri hərəkət edə bilər.
Xatırladaq
ki, bu gün elm və təhsil naziri Emin Əmrullayev "Report"a eksklüziv
açıqlamasında bildirib ki, Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları
layihəsi başlayacaq. O qeyd edib ki, layihə çərçivəsində ilkin mərhələdə
təxminən 1 200 uşaq əhatə olunacaq.(Report)
22:15 29.09.2025
Oxunuş sayı: 905