Polşa XİN vətəndaşlarını ən qısa vaxtda Belarusu tərk etməyə çağırıb

Polşa Xarici İşlər Nazirliyi Belarusdakı vətəndaşlarına müraciət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
“Gərginliyin artması, regionda baş verən hərbi hadisələr və Polşa vətəndaşlarının dəfələrlə özbaşına həbs edilməsi halları səbəbindən” mümkün qədər tez və bütün mümkün vasitələrlə vətəndaşlarımızı Belarusu tərk etməyə çağırırıq",-deyə məlumatda qeyd olunub.
13:43 26.09.2025
Oxunuş sayı: 3545