Rusiyalı diplomat avropalılara Estoniya hava məkanının pozulmasının cavab olduğunu deyib

Fransa, Britaniya və Almaniya səfirləri Rusiya XIN müavini Ryabkovla görüşdə Moskvaya bildiriblər ki, Avropa növbəti dəfə NATO hava məkanını pozacaq Rusiya təyyarələrini vuracaq və buna görə bütün məsuliyyət Rusiya tərəfdədir.
Crossmedia.az "Bloomberg"-ə istinadən istinadən xəbər verir ki, Moskva görüşü zamanı rusiyalı diplomat avropalılara Estoniya hava məkanının pozulmasının Ukraynanın Krıma endirdiyi zərbələrə cavab olduğunu deyib.
Kreml hesab edir ki, bu hücumlar NATO-nun dəstəyi olmadan mümkün olmazdı, buna görə də rus rəsmilərinin sözlərinə görə, Moskva özünü Avropa ölkələri ilə qarşıdurmaya cəlb olunmuş hesab edir və bu zərbələrə Avropa hava məkanında müxtəlif vasitələrlə cavab verəcəyini qeyd edib.
-
13:39 26.09.2025
Oxunuş sayı: 3287