ABŞ-lə münasibətləri yeni səhifədən başlamaq vaxtıdır – Gürcüstan Prezidenti

Gürcüstan Prezidenti
Mixeil Kavelaşvili Nyu-Yorkda jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp ilə görüşünün detallarını
bölüşüb.
Crossmedia.az xəbər verir
ki, bu barədə gürcü mətbuatı məlumat yayıb.
Belə ki, Kavelaşvili ABŞ liderinə iki ölkə arasında
münasibətlərin “təmiz səhifədən” başlanmasının vaxtının çatdığını bildirib.
Onun sözlərinə görə, ABŞ
Prezidenti bu təklifi diqqətlə dinləyib və məsələ ilə məşğul olacağına söz
verib:
“Mən dedim ki, artıq
münasibətlərimizi yeni səhifədən başlamağın vaxtıdır. Tramp isə bununla bağlı
mütləq geri dönəcəyini və mənimlə əlaqə saxlayacağını bildirdi. Biz cavabını
gözləyəcəyik”, – deyə Kavelaşvili
vurğulayıb.
Prezident əlavə edib ki,
ABŞ rəhbərinin təşkil etdiyi rəsmi yeməkdə də söhbət bu mövzuda olub. Bundan
başqa, Gürcüstan nümayəndə heyətinin ABŞ administrasiyası, o cümlədən Ticarət
naziri ilə bir sıra görüşlər keçirdiyi qeyd olunub.
Fatimə Məmmədova
13:29 26.09.2025
Oxunuş sayı: 3508