Laricani: Amerikalılar təkid edir ki, raket proqramımız barədə danışıqlar aparmalıyıq

Dünən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani dövlət televiziyasına müsahibəsində İran və ABŞ arasında dolayı danışıqların aparıldığını və Amerika tərəfinin raket proqramı barədə müzakirələri qəti tələb etdiyini bildirib.
Crossmedia.az-ın məlumatına görə, Laricani deyib ki, amerikalılar “təkid edirlər ki, biz danışıqlar aparmalıyıq, İranın raketləri barədə mütləq danışmalıyıq”. O İranın bunu qəbul etmədiyini vurğulayıb: “Biz dedik ki, hansı raketlərdən danışırsınız? Raketin nüvə məsələsi ilə nə əlaqəsi var?”
Laricani amerikalıların və avropalıların raket məsələni konkret məhdudiyyətlərlə həll etməyə çalışdıqlarını açıqlayıb. Onun dediyinə görə, xarici tərəflər əvvəlcə 300, sonra 500 kilometr limitindən söhbət açıblar.
Laricani ölkə daxilində bəzi siyasi qüvvələrin məsələni tez həll etməyi istəyən açıqlamalarına toxunaraq, İranın lazım gəldikdə müqavimət göstərəcəyini deyib.
13:28 26.09.2025
Oxunuş sayı: 3326