Tramp: İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyəm

Dünən ABŞ prezidenti Donald Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşı çıxıb.
Crossmedia.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyəm. Bəsdir. Artıq dayanmağın vaxtıdır”, – deyə Tramp qətiyyətlə vurğulayıb.
13:23 26.09.2025
Oxunuş sayı: 3820