KİV: İran kosmik raket sınağı keçirmiş ola bilər

"Associated Press" agentliyi İranın Simnan əyalətində yerləşən Xomeyni Kosmik Mərkəzində əvvəlcədən açıqlanmayan raket sınağı keçirdiyini ehtimal edir.
Crossmedia.az xəbər verir ki, məlumata görə, mümkün sınaq İranın kosmik proqramı çərçivəsində mühüm buraxılışların həyata keçirildiyi dairəvi platformada baş tutub. Rəsmi Tehran orbitə buraxılışı hələ təsdiqləməyib.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı Fabian Hintzin sözlərinə görə, bu izlər daha əvvəl “Zülcənah” tipli bərk yanacaqla işləyən raketlərin buraxılması zamanı müşahidə edilənlərlə uyğunluq təşkil edir. Hintz qeyd edib ki, izlərin miqyası bu tip raketin buraxıldığını göstərir.
Sınaqla bağlı fərziyyələr ötən həftə İranın bir sıra əyalətlərində – Gülüstan, Simnan, Xorasan-e Rəzəvi, Cənubi Xorasan və İsfahan üzərində səmada tüstü və işıqlı obyektlərin göründüyü barədə yayılan məlumat və videolardan sonra daha da artıb.
13:16 26.09.2025
Oxunuş sayı: 3126