KİV: AEBA müfəttişləri İranda nüvə obyektlərinə baş çəkə bilər

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri yaxın günlərdə İranda yerləşən nüvə obyektlərindən birinə təftiş səfəri həyata keçirə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzetinin müxbiri Laurens Norman şəxsi “X” hesabında məlumat verib.
Jurnalist bildirib ki, AEBA müfəttişlərinin İrana səfəri planlaşdırılır, lakin hədəf obyektin dəqiq hansı obyekt olduğu hələlik məlum deyil.
“Mən eşitmişəm ki, müfəttişlər tezliklə İranda bir nüvə obyektinə baş çəkəcəklər. Ancaq həmin yerin zədələnmiş obyekt, Buşehr atom elektrik stansiyası və ya Tehran tədqiqat reaktoru olduğu aydın deyil”, – deyə, Norman paylaşımında qeyd edib.
13:14 26.09.2025
Oxunuş sayı: 2853