İran və Böyük Britaniyanın XİN başçıları sanksiyaların bərpasını müzakirə ediblər

Əraqçı və Kuper 🇺🇳 BMT Baş Assambleyasının illik sessiyası çərçivəsində görüşüblər.
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Abbas Əraqçı 🇪🇺 Avropa Üçlüyünün Tehranın nüvə problemi ilə bağlı addımlarını kəskin tənqid edərək, "onların BMT Təhlükəsizlik Şurasının ləğv edilmiş qətnamələrinin bərpa edilməsində israrlarını əsassız, qeyri-qanuni və məsuliyyətsizlik" adlandırıb.
O, İranın “diplomatiyanın saxlanmasına və gərginliyin qarşısının alınmasına yönəlmiş çoxsaylı təklif və təşəbbüslərinə” diqqət çəkib və vurğulayıb ki, “üç Avropa ölkəsinin «Snapback» mexanizmini işə salmaq qərarı əsasən 🇺🇸 ABŞ-nin maksimum təzyiq siyasətinə uyğundur”.
13:05 26.09.2025
Oxunuş sayı: 2470