Hindistan ABŞ-ni neftlə şantaj edir; Ya İran, ya Rusiya

Hindistan rəsmiləri Tramp administrasiyasına bildiriblər ki, Rusiya neftinin idxalında əhəmiyyətli azalma yalnız onların İran və Venesueladan neft alışına icazə verildiyi təqdirdə mümkündür.
Crossmedia.az xəbər verir ki, bu həftə ABŞ-yə səfər edən nümayəndə heyəti amerikalı nümayəndələrlə görüşlər zamanı bu tələbi təkrarlayıblar.
Hindistan tərəfi Rusiya, İran və Venesueladan neft tədarükünün eyni vaxtda dayandırılmasının qlobal qiymətlərin artmasına səbəb ola biləcəyini vurğulayıb.
Hindistan neftə olan tələbatının təxminən 90%-ni idxal edir və daha ucuz rus tədarükü bu yükü yüngülləşdirməyə kömək edib. Oxşar endirimləri İran və Venesueladan neft almaqla da əldə etmək olar. Hindistan 2019-cu ildə İran neftini almağı dayandırdı və ən böyük özəl şirkət olan Reliance Industries Ltd. ABŞ sanksiyalarının sərtləşməsi səbəbindən bu il Venesueladan idxalı dayandırdı. Yaxın Şərqdən əlavə alışlar mümkündür, lakin onlar daha bahalı olacaq. (Bloomberg)
13:03 26.09.2025
Oxunuş sayı: 3474