Trampın Ukrayna ilə bağlı Kremlə qarşı sərt ritorikası taktikadır

Trampın Ukrayna ilə bağlı Kremlə qarşı sərt ritorikası kursun dəyişməsi deyil, danışıqlar üçün taktikadır.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat verib.
Qəzetin mənbələrinə görə, ABŞ prezidenti Vaşinqtonun səbrinin tükəndiyini nümayiş etdirməklə Moskvaya təzyiq etmək istəyir.
Qəzet qeyd edir ki, eyni zamanda Tramp “Putindən yorulub” və hətta Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etməyə hazırdır.
12:59 26.09.2025
Oxunuş sayı: 3272