Avropa Moldovanı işğal etməyə hazırlaşır – Rusiya Xüsusi Xidmətləri

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) bəyan edib ki, Avropa İttifaqı Moldovaya qoşun yeritməyi və ölkəni faktiki olaraq işğal etməyi planlaşdırır.
Crossmedia.az bildirir ki, SVR-nin məlumatına görə, bu ssenari NATO-nun Rumıniyada keçirdiyi təlimlərdə sınaqdan keçirilib və 28 sentyabrda Moldovada keçiriləcək parlament seçkilərindən sonra həyata keçirilə bilər.
Avropa rəsmilərinin, Brüssel və Kişinyovun seçkilərin nəticələrini saxtalaşdırmaq cəhdləri səbəbindən, etiraz aksiyalarının baş qaldıracağından ehtiyat etdikləri vurğulanır. SVR iddia edir ki, bu halda Moldova prezidenti Maia Sandunun çağırışı ilə Avropa dövlətlərinin silahlı qüvvələri xalqı “avrodemoqratik” diktatura ilə barışmağa məcbur edəcək.
20:18 23.09.2025
Oxunuş sayı: 925