ABŞ: HƏMAS-dan 60 günlük atəşkəs təklifi almadıq

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton administrasiyası HƏMAS hərəkatından Qəzza zolağında döyüşlərdə 60 günlük fasilə müqabilində girovların yarısının azad olunması ilə bağlı heç bir təklif almayıb. Onun sözlərinə görə, ABŞ bu variantla maraqlanmır.
Crossmedia.az bildirir ki, Fox News-a müsahibəsində Rubio qeyd edib: “Biz bu məktubu görməmişik. Bizdə belə bir sənəd yoxdur. Əgər olsaydı belə, bunun heç bir əhəmiyyəti olmazdı. Prezident artıq açıq şəkildə bildirib ki, onu 60 günlük fasilə və ya 10 nəfərin azad edilməsi maraqlandırmır. O, bütün girovların – 48 nəfərin, o cümlədən 20 nəfər sağ və 28 nəfər həlak olmuş girovun azad olunmasını istəyir”, – deyə ABŞ dövlət katibi vurğulayıb.
20:07 23.09.2025
Oxunuş sayı: 1531