İspaniya İsrailə qarşı sərt qadağalar tətbiq etdi

İspaniya hökuməti İsrailə qarşı yeni məhdudiyyətləri rəsmiləşdirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, qərara əsasən:
İsrailə bütün silah satışı və hərbi texnologiya ticarəti dayandırılıb;
İsrail təyyarələri üçün İspaniyanın hava məkanından silah daşınmasına icazə verilməyəcək;
Yanacaq daşınması məqsədilə limanlara giriş qadağan olunub;
Məskunlaşma mallarının idxalına tam məhdudiyyət qoyulub.
Bu addım Madriddən Təl-Əvivə qarşı ən sərt qərarlardan biri kimi qiymətləndirilir.
19:55 23.09.2025
Oxunuş sayı: 1222