Rusiyada bəzi yanacaqdoldurma məntəqələrində benzin qıtlığı yaranıb

Rusiyanın bəzi bölgələrində yanacaqdoldurma məntəqələrində benzin çatışmazlığı müşahidə olunur. Ən çox çətinliklərlə özəl AYM-lər (yanacaqdoldurma məntəqələri) qarşılaşır.
Crossmedia.az bildirir ki, ölkədə bəzi markalı yanacaqların qıtlığı müşahidə edilir. Treyderlər və pərakəndə satıcıların məlumatına görə, Ukrayna dronlarının neftayırma zavodlarına və ixrac terminallarına hücumları emalı azaldır. Bununla yanaşı, yüksək kredit faizləri özəl AYM-lərin yanacaq ehtiyatı toplamasına imkan vermir.
Ukrayna Rusiyanın enerji infrastrukturuna zərbələri artıraraq Moskvanın ixrac gəlirlərini azaltmaq, ölkə daxilində narazılıq yaratmaq və Kremlin sülh danışıqlarına getməsinə təzyiq göstərməyi hədəfləyir.
Hücumlar bəzi günlərdə Rusiyada neft emalını beşdəbir azaldıb və əsas limanlardan ixrac həcmini aşağı salıb. Dizel yanacağında artıqlıq olsa da, benzinin istehsalı daxili tələbatla uyğun səviyyədədir. Buna görə də emalın azalması benzin qıtlığına gətirib çıxara bilər. Hazırda yanacaqdoldurma məntəqələrində böyük növbələr olmasa da, Ai-92 və Ai-95 kimi populyar markalar tez-tez tapılmır.
Benzin qıtlığı ilk dəfə avqust ayında Uzaq Şərqdə və Krımda müşahidə olunub. Sonradan oxşar problemlər Volqo-Vyatka bölgəsində, cənubda və Mərkəzi Rusiyada da qeydə alınıb.
19:01 23.09.2025
Oxunuş sayı: 1274