Estoniya Britaniyanın F-35 qırıcılarını qəbul etməyə hazırdır

Estoniya müdafiə naziri Hanno Pevkur bəyan edib ki, ölkəsi nüvə silahı daşımaq imkanına malik olan Britaniyanın F-35A qırıcılarını öz ərazisində yerləşdirməyə hazırdır.
Crossmedia.az The Telegraph qəzetinin Britaniya hərbi mənbələrinə istinadən bildirir ki, bu addım “çox da çəkindirici vasitə deyil, əksinə, daha çox təxribat xarakteri daşıya bilər”.
Xatırladaq ki, bu açıqlama Estoniya hakimiyyətinin 19 sentyabrda üç Rusiya qırıcısının ölkənin hava məkanına daxil olması barədə iddiasından sonra səsləndirilib.
18:47 23.09.2025
Oxunuş sayı: 1416