Qrossi: İran Qahirə razılaşmasının dayandırıldığını elan etməyib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi bildirib ki, İran Qahirə razılaşmasının dayandırıldığını rəsmi elan etməyib, lakin ölkədən ziddiyyətli siqnallar gəlməkdədir.
O qeyd edib ki, Nətənz, İsfahan və Fordo obyektlərinə AEBA-nın girişi yalnız ayrıca razılıqla mümkündür. Qrossi, habelə, vurğulayıb ki, İranın zənginləşdirilmiş uranı daha əvvəl ABŞ və İsrailin hədəf aldığı ərazilərin altında gizlədildiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, Agentliyin direktoru Yaxın Şərqdə yeni nüvə böhranının yaranmasından narahatlığını ifadə edib və Avropa ölkələrinin sentyabrın sonuna qədər İrana qarşı sanksiyaları bərpa edə biləcəyini bildirib
15:35 23.09.2025
Oxunuş sayı: 3593