Ukrayna gecə hücumunda hava şarlarından istifadə edib

23 sentyabrda ukraynalı pilotsuz uçuş aparatlarının Rusiya regionlarına hücumu zamanı çoxsaylı hava şarlarından istifadə olunub.
Crossmedia.az xəbər verir ki, Bu barədə RBK, Rusiya Müdafiə Nazirliyinə yaxın mənbəyə və son hücumla tanış olan digər şəxsin açıqlamasına istinadla xəbər yayıb.
Mənbənin sözlərinə görə, Rusiya HHM qüvvələri əvvəllər hava şarlarından istifadə ilə kütləvi hücumları qeydə almamışdı.
“Şarların sayı həqiqətən çox idi, lakin onların tətbiq dəqiqliyi olduqca aşağı idi”, – mənbə bildirib.
Səhər saatlarında isə ukraynalı Exilenova+ teleqram-kanalı Moskva regionunda HHM qüvvələrinin “karton dronlar və şarları” vurduğunu açıqlayıb.
Nihat Tahirov
15:26 23.09.2025
Oxunuş sayı: 3465