Ukraynada enerji infrastrukturu dağıdılıb: qaz hasilatı 42% azalıb

Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələr Ukraynada bütün neft emalını sıradan çıxarıb, qaz hasilatını isə 42 faiz azaldıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Washington Post”a “Naftoqaz”ın rəhbəri Sergey Koretski məlumat verib.
Yaranmış vəziyyət səbəbindən Ukrayna rekord həcmdə – 6 milyard kubmetr qaz idxal etməli olacaq. Mövcud müqavilələr tələbatın 95 faizini qarşılayacaq, lakin bu, yalnız mülayim qış olacağı halda kifayət edə bilər.
Ekspertlərin sözlərinə görə, qaz infrastrukturu enerji sisteminin ən həssas hissəsidir və onu hücumlardan qorumaq olduqca çətindir.
Ukrayna qarşıdan gələn istilik mövsümü ərəfəsində energetikaya yeni, kütləvi zərbələrin gözlənildiyini bildirir.
Nihat Tahirov
15:09 23.09.2025
Oxunuş sayı: 3220