Türkiyə-Ermənistan Normallaşma Prosesi üzrə xüsusi nümayəndələrin görüşünün detalları açıqlandı

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində Xüsusi Nümayəndələr – Türkiyə tərəfdən Ermənistanla normallaşma üzrə xüsusi nümayəndə Serdar Kılıç və Ermənistan tərəfdən Milli Məclis sədrinin müavini Ruben Rubinyan atasında İrəvanda baş tutan altıncı görüşünün detalları açıqlanıb.
Crossmedia.az
xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat
yayıb.
Görüşdə
xüsusi nümayəndələr Türkiyə ilə Ermənistan arasında tam normallaşma prosesini
irəlilətmək məqsədilə, əvvəlki görüşlərdə üzərində işlənmiş və razılaşdırılmış
məsələləri təsdiqləyib.
Bu çərçivədə,
1 iyul 2022-ci il tarixində keçirilmiş görüşdə razılaşdırılmış sərhəd keçidləri
ilə bağlı razılaşmanın həyata keçirilməsi məsələsində fikir mübadiləsi
aparılmış və prosesin sürətləndirilməsi barədə razılıq əldə olunub.
Xüsusi
nümayəndələr Qars-Gümrü dəmir yolu və elektrik enerjisi əlaqələrinin
(enterkonnektor) bərpası və fəaliyyətə başlaması üçün hər iki ölkənin aidiyyəti
qurumlarının texniki işləri həyata keçirməsi barədə razılığa gəliblər.
Mədəniyyət
və akademik sahələrdə əməkdaşlığın gücləndirilməsi məqsədilə, xüsusilə ali təhsil
tələbələri üçün təqaüd imkanlarının yaradılması və tarixi İpək Yolu (Ani)
körpüsünün birgə şəkildə bərpası istiqamətində səylərin göstərilməsi qərara
alınıb.
Xüsusi
nümayəndələr 2026-cı ilin yayından etibarən maraqlı digər aviaşirkətlərin müxtəlif
istiqamətlərə uçuşlar həyata keçirməsi üçün zəruri hazırlıq işlərinin görülməsi
və bununla da iki ölkə arasında hava nəqliyyatı və uçuş sayının artırılması məsələsində
də razılığa gəliblər.
Sonda
xüsusi nümayəndələr bu prosesi heç bir ilkin şərt olmadan davam etdirmək öhdəliklərini
bir daha təsdiqləyiblər.
19:08 12.09.2025
Oxunuş sayı: 1498