Mikayıl Cabbarov Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti ilə görüşüb



Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.
Nazir bildirib ki, QDTİB ilə Azərbaycanın özəl bank sektoru arasında əməkdaşlığın dərinləşdirilməsinin sahibkarlığın dəstəklənməsi və biznesin inkişafının stimullaşdırılması baxımından əhəmiyyətini vurğulanıb.
Bankın dövlət-özəl tərəfdaşlıq layihələri də daxil olmaqla Azərbaycanda həyata keçiriləcək digər təşəbbüslərdə iştirak potensialını və tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik.
15:53 10.09.2025
Oxunuş sayı: 776