Rusiya Ermənistandan Qars və Naxçıvan istiqamətində dəmir yolu çəkə bilər
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya tərəfindən Ermənistandan Qars və Naxçıvan istiqamətlərində dəmir yolu xətlərinin tikintisinin mümkün olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Paşinyan “Rusiya Dəmir Yolları”nın baş direktoru Oleq Belozerovun gələn həftə Ermənistana səfər edəcəyini bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində dəmir yolu infrastrukturunun inkişafı, o cümlədən Qars və Naxçıvan istiqamətində dəmir yolu xətlərinin mümkün tikintisi müzakirə olunacaq.
Paşinyan, həmçinin “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin konsessiyası məsələsinin də gündəmdə olacağını qeyd edib.
17:58 08.10.2026
Oxunuş sayı: 98