Britaniyanın Baş naziri: Ucuz benzin tapmaq üçün Google Maps-dən istifadə edin
Böyük Britaniyanın baş naziri Endi Börnhem sürücülərə yanacaqdoldurma məntəqələrindəki qiymətləri Google Maps vasitəsilə müqayisə etməyi və daha ucuz yanacaq seçməyi tövsiyə edib.
Crossmedia.az xəbər verir ki, Endi Börnhem bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, insanlar yanacağın qiymətinin artmasından narahatdır. Baş nazir sürücülərə yola çıxmazdan əvvəl yaxınlıqdakı yanacaqdoldurma məntəqələrində benzin və dizelin qiymətlərini Google Maps-də yoxlamağı, daha sərfəli variantı seçməyi məsləhət görüb.
Börnhem yanacaq qiymətlərinin artımının qlobal hadisələrlə bağlı olduğunu və bunun ölkədəki ailələrin xərclərinə təsir etdiyini qeyd edib.
18:40 08.10.2026
Oxunuş sayı: 55