İspaniya Tel-Əvivdəki səfirini geri çağırıb

İspaniya Xarici İşlər Nazirliyi Tel-Əvivdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bu addım İsrailin Fələstin torpaqlarında həyata keçirdiyi hərbi əməliyyatlara cavab olaraq atılıb.
Crossmedia.az-ın məlumtına görə, İspaniyanın baş naziri Pedro Sançes bildirib ki, ölkə İsrail ilə əlaqələrdə bir sıra məhdudiyyətlər tətbiq edəcək:
İsrail ordusu üçün yanacaq daşıyan gəmilərin İspaniya limanlarından keçməsi qadağan edilir.
İsrailə müdafiə avadanlığı daşıyan bütün təyyarələrin İspaniya hava məkanına daxil olması qadağandır.
Soyqırım və müharibə cinayətlərində birbaşa iştirak edən bütün israillilərin İspaniya ərazisinə daxil olması qadağan edilib.
Sançesin sözlərinə görə, bu tədbirlər İsrailin hərbi əməliyyatlarına qarşı sərt diplomatik reaksiyanı əks etdirir.
23:13 08.09.2025
Oxunuş sayı: 1449