"Elm və həyat” elmi-populyar jurnalının yeni sayı işıq üzü görüb

AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının növbəti sayı çapdan çıxıb.
Yeni sayda AMEA-nın prezidenti akademik İsa Həbbibəylinin “Böyük sənətə yüksək qiymət”, AMEA-nın vitse prezidenti, ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayevin “Qədim insanların genləri: insanın təkamülü və formalaşmasının şahidləri", AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikası 1941-1945-ci illər müharibəsi dövründə”, AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovun “Terrorsuz Türkiyə: Bir millətin cəsarətlə yazdığı yeni tarix”, AMEA Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyevanın “AMEA-nın müasir inkişaf prioritetləri”, ETN Coğrafiya İnstitutunun əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məmməd Sadıqovun “Elm dünyasının zirvəsində”, Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Nigar Gözəlovanın “Ofelya xanım Bağırbəyovanın xatirələri: İrəvan xan ailəsinin tarixi və mədəni irsi”, AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlının “Qarabağlı memar İbrahimxəlil”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyevanın “Böyük mütəfəkkir, görkəmli dövlət xadimi” sərlövhəli məqalələri yer alıb.
Bundan əlavə, AMEA Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdir müavini, filologiya üzrə fəlsəfə doktoru Sevil Adıgözəlovanın “Əlibəy Hüseynzadənin yaradıcılığında antroponimlərin təhlili”, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın “Ziya işığına yığışan sönməzlər”, AMEA Naxçıvan Bölməsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Bəxtiyar Vahabzadə dramaturgiyası Naxçıvan teatrında”, Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Aqil Əhmədovun “Azərbaycan şərqşünaslığının görkəmli nümayəndəsi: Həsən Mahmudov-100”, AMEA Gəncə Bölməsinin əməkdaşı Hamlet Allahverdiyevin “Nizami Gəncəvinin “Xəmsə”sində təbiəti mühafizə”, Tarix və Etnologiya İnstitutunun əməkdaşı Bəxtiyar Tuncayın “Qriqori Hamama və onun “Alban dilinin qarammatikası”, Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Quliyevanın “Hüseyn Cavid obrazı tablolarda”, tarix üzrə fəlsəfə doktoru, dosent Əzizağa Ələkbərlinin “Azərbaycan-Qırğızıstan teatr əlaqələri”, Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənəıtşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Mir-Bağırzadənin “Çətən xalçaları” sərlövhəli məqalələri, həmçinin “Meridian” və “Sağlamlıq” bölmələrində yer alan yazılarla tanış ola bilərsiniz.
15:34 04.09.2025
Oxunuş sayı: 747