Tramp: Rusiya- Ukrayna müharibəsi barədə maraqlı məlumatlar öyrənmişəm, yaxın günlərdə...

ABŞ Prezidenti Donald Tramp sentyabrın ikisində xalqa müraciət edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitinin yekununda Çin və Rusiya arasında Vaşinqtonun maraqlarına qarşı mümkün “ox” yaradılması təhlükəsini görmədiyini bildirib.
Tramp deyib ki, indiyə qədər Hindistana tətbiq edilmiş rüsumları azaltmaq niyyətində deyil.
O, Rusiya- Ukrayna müharibəsu barədə də danışıb: "Savaş barədə maraqlı məlumatlar öyrənmişəm. Yaxın günlərdə onları açıqlayacam".
Ağ Ev rəhbəri Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Volodimir Zelenskinin mümkün görüşü barədə sadəcə "görək nə baş verəcək" deməklə kifayətlənib: "Əgər Alyaska sammiti gözlənilən nəticəni verməzsə, ABŞ Rusiya və Ukrayna mövqeyini dəyişdirəcək".
O, həmçinin sağlamlığı barədə iddialara aydınlıq gətirib: "Sosial şəbəkələrdə ölümü barədə xəbərləri görməmişəm. Bu şayiələr dəlilikdir".
Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ Venesueladan narkotik daşıyan gəmi üzərində əməliyyat həyata keçirib: "Bir neçə dəqiqə əvvəl böyük miqdarda narkotik daşıyan gəmidə faktiki atəş açdıq".
Prezidentin sözlərinə görə, gəmi zərərsizləşdirilib.
Niyaz Hacıyev
11:19 03.09.2025
Oxunuş sayı: 1247