ABŞ İrana zərbə planı hazırlayır? NYT-dən ŞOK İDDİA
ABŞ Prezidenti Donald Trampın noyabrın 3-də keçiriləcək aralıq seçkilərinə qədər İrana zərbələr endirilməyəcəyini bildirməsindən sonra ABŞ hərbçilərinin İrana qarşı mümkün hücum variantlarını nəzərdən keçirdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, The New York Times qəzetinin anonim ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç təyyarədaşıyan gəmi Yaxın Şərqə doğru hərəkət edir.
Məlumata görə, ABŞ hərbi qüvvələri İrana qarşı mümkün əməliyyatların müxtəlif ssenarilərini qiymətləndirir. Bununla belə, hazırda bu planların konkret hücuma çevriləcəyi ilə bağlı rəsmi qərar açıqlanmayıb.
13:45 09.10.2026
Oxunuş sayı: 47