Putindən MDB ölkələrinə çağırış: Ticarət maneələri aradan qaldırılsın
Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələr arasında ticarət maneələrinin aradan qaldırılmasının vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki, Putin bu barədə oktyabrın 9-da Türkmənistanın “Avaza” milli turizm zonasında MDB dövlət başçılarının məhdud tərkibdə keçirilən görüşündə çıxışı zamanı danışıb.
Rusiya lideri qeyd edib ki, Rusiya ilə MDB ölkələri arasında əmtəə dövriyyəsi 2025-ci ildə 110 milyard dolları ötüb. Onun sözlərinə görə, 2026-cı ilin ilk yarısında bu göstərici daha 19 faiz artıb.
Putin bildirib ki, MDB ölkələri ticarət maneələrinin aradan qaldırılması istiqamətində daha sürətli irəliləyə bilər. O, milli səviyyədə tətbiq olunan bəzi məhdudiyyətlərin ticarətin inkişaf tempini ləngitdiyini vurğulayıb.
Rusiya Prezidenti həmçinin MDB-nin gələn ildən Özbəkistanın sədrliyi ilə fəaliyyətini davam etdirəcəyini və Rusiyanın Özbəkistana bu istiqamətdə dəstək göstərəcəyini bildirib.
13:35 09.10.2026
Oxunuş sayı: 48