İlham Əliyev Xəzərlə bağlı qərarların icrasına nəzarət mexanizminin yaradılmasını təklif edib
Hələ 2022-ci ildə Aşqabadda keçirilən altıncı Xəzər sammitində Xəzər dənizinin dayazlaşması kontekstində mən dayazlaşmanın səbəblərini aşkar etmək və dəniz səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq üçün tədbirlərin müəyyənləşdirilməsi məqsədilə xüsusi ekspert qruplarının yaradılmasını təklif etmişdim. Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi.
Crossmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən Xəzər Ekoloji Sammitində çıxışı zamanı bildirib.
13:52 09.10.2026
Oxunuş sayı: 49