Porsche satışlarında kəskin geriləmə: Çində 33%-lik çöküş
Almaniyanın lüks avtomobil istehsalçısı Porschenin qlobal avtomobil tədarükü 2026-cı ilin ilk 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 16% azalıb.
Crossmedia.az xəbər verir ki, şirkət yanvar-sentyabr aylarında ümumilikdə 178 532 avtomobil tədarük edib. Ötən ilin müvafiq dövründə bu göstərici 212 509 avtomobil olub.
Ən kəskin geriləmə Çində qeydə alınıb. Burada Porsche satışları 33% azalaraq 21 493 avtomobil təşkil edib. Şimali Amerikada tədarüklər 13% azalaraq 56 088, Almaniyada 7% azalaraq 20 954, Avropanın digər ölkələrində isə 11% azalaraq 44 949 avtomobil olub.
Model üzrə Porsche Cayenne 59 586 avtomobillə şirkətin ən çox satılan modeli olaraq qalıb. Macan modelinin tədarükü 21% azalaraq 51 025 ədəd təşkil edib.
Porsche-nin 911 modeli isə ümumi geriləməyə baxmayaraq satışlarını 12% artıraraq 42 217 avtomobilə çatdırıb. Şirkət bu artımı eksklüziv və yüksək performanslı versiyalara olan tələbatın güclü qalması ilə əlaqələndirib.
14:58 09.10.2026
Oxunuş sayı: 318