MEK əməkdaşına yubileyi münasibətilə Təşəkkürnamə təqdim olunub
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşı Gülafər Ələkbərli 50 illik yubileyi münasibətilə Təşəkkürnamə ilə təltif edilib.
Crossmedia.az xəbər verir ki, təşəkkürnaməni təqdim edən MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov yubilyarı təbrik edərək möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb. Həmçinin əməkdaşın uzunillik fəaliyyətini yüksək qiymətləndirərək gələcək işlərində müvəffəqiyyətlər diləyib.
Gülafər Ələkbərli göstərilən diqqətə və xoş arzulara görə minnətdarlığını ifadə edib.
13:51 09.10.2026
Oxunuş sayı: 55