Fransa müharibəyə hazırlaşır

Fransız xəstəxanalarını müharibəyə hazırlayırlar.
Crossmedia.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb
Nəşrin yazdığına görə, müdafiə nazirinin göstərişi ilə ölkənin Səhiyyə Nazirliyi xəstəxanalara 2026-cı ilin mayında Avropada mümkün silahlı münaqişəyə hazırlaşmağı tapşırıb.
Hazırlıq çərçivəsində yaralı hərbçilərin 10–180 gün ərzində xəstəxanalara çatdırılması nəzərdə tutulur. ilkin hesablamalara görə yaralı hərbçilərin sayı 10 mindən 50 minə qədərdir. Bundan başqa, yaralıların daşınmasını asanlaşdırmaq üçün liman və hava limanlarının yaxınlığında yeni tibbi mərkəzlərin yaradılması planlaşdırılır.
Niyaz Hacıyev
23:35 02.09.2025
Oxunuş sayı: 878