Ukraynaya yardımın həcmi 170 milyard avroya çatdı

Avropa Komissiyasının sözçüsü Anitta Hipper Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, münaqişənin başlanğıcından bəri Avropa İttifaqının Ukraynaya ayırdığı ümumi yardımın məbləği təxminən 170 milyard avroya çatıb.
Crossmedia.az bildirir ki, ABŞ də Rusiya ilə müharibənin ilk günlərindən bəri Ukraynaya mühüm dəstək göstərib və ümumi yardımın 170 milyard avro dəyərində olduğu vurğulanıb.
Bu məbləğin 60 milyard avrosu silah tədarükünə yönəldilib. Hipper həmçinin Avropa İttifaqının öhdəliklərinə sadiq qalaraq 2025-ci ilin sonuna qədər Ukraynaya iki milyon 155 mm-lik artilleriya mərmisi çatdırılacağını diqqətə çatdırıb.
Fidan Xəlilova
22:40 26.08.2025
Oxunuş sayı: 734