Suriyanın daxili işlər naziri Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili ilə görüşüb


Suriyanın daxili işlər naziri Anas Xəttab Azərbaycan Respublikasının Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynovla görüş keçirib.
Crossmedia.az rossmedia.azi İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını, o cümlədən təhlükəsizlik və daxili işlər orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığı müzakirə ediblər.
Xüsusi diqqət təcrübə mübadiləsinə yönəldilib. Tərəflərin fikrincə, bu, iki ölkə arasında sabitliyin möhkəmlənməsinə və ümumi maraqların təmin edilməsinə xidmət edəcək.
Pərvin Hacıyeva
15:15 23.08.2025
Oxunuş sayı: 784