Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı artıb

Bu ilin avqustun 1-nə Naxçıvan Muxtar Respublikasının qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 11 054 təşkil edib.
Bu barədə Crossmedia.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
"Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin nəticəsi olaraq, 2025-ci il avqustun 1-nə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü il tarixinə nisbətən 7 995 vahid artaraq 11 054 təşkil edib", - məlumatda qeyd edilib.
15:53 20.08.2025
Oxunuş sayı: 513