“Qarabağ” Budapeştdə “Ferensvaroş”u məğlub etdi – 3:1

Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda əlamətdar qələbə qazanıb. Qurban Qurbanovun komandası Macarıstanın paytaxtı Budapeştdə “Ferensvaroş”u 3:1 hesabı ilə məğlub edib.
Crossmedia.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində qolları Yankoviç, Medina və Musa Qurbanlı vurublar. Meydan sahiblərinin yeganə qolunu isə Varqa adına yazdırıb.
Bu nəticə ilə “Qarabağ” cavab oyununa böyük üstünlüklə çıxacaq. Qarşılaşma avqustun 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Xatırladaq ki, “Qarabağ” tarixində bir neçə dəfə avrokubokların qrup mərhələsində mübarizə aparıb, lakin Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək üçün bu dəfə pley-off sınağından uğurla keçməlidir. İlk oyundakı qələbə isə təmsilçimizin bu məqsədə bir addım da yaxınlaşdığını göstərir.
Nicat Rüstəmzadə
09:25 20.08.2025
Oxunuş sayı: 962