Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
Crossmedia.az xəbər verir ki, üçüncü yarış günündə Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir şans tanımayıb – 10:2.
Güləşçimiz həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabıyla üstələyərək bürünc medala sahib çıxıb.
20:46 19.08.2025
Oxunuş sayı: 540