Azərbaycan səfiri keniyalı naziri Azərbaycan Şəhərsalma Forumunun əhəmiyyəti haqqında məlumat verib




Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniyanın Torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri xanım Elis Vahome ilə görüşüb.
Crossmedia.az Azərbaycanın Keniyadakı Səfirliyinə istinadən səfir Sultan Hacıyevin Keniyanın Torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri xanım Elis Vahome ilə keçirilmiş görüşünə dair məlumatı təqdim edir:
Azərbaycanın Keniyadakı səfirliyindən verilmiş məlumata əsasən səfir Sultan Hacıyev Keniyanın Torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri xanım Elis Vahome ilə görüş keçirmişdir.
Görüş zamanı, əlçatan mənzil təminatı sahəsində Keniyanın Afrika qitəsi üzrə aparıcı təcrübəsi, dayanıqlı şəhərsalma və iqlim dəyişikliyi mövzularının Afrika ölkələri üçün mühüm mövzulardan olduğu qeyd edilmişdir.
Azərbaycanın BMT-in Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə 2026-cı ildə Bakı şəhərində ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) yuxarıda qeyd edilmiş mövzuların müzakirə ediləcəyi və əlaqədar hazırlıq proseslərində Keniya və Azərbaycan arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilmişdir. Bu müstəvidə xanım Vahome WUF13-ün Milli Koordinatoru, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyevlə keçirilmiş görüşlərə istinad etmişdir.
Nazir və səfir sahə üzrə birgə səylərin böyük potensialını vurğulayaraq, onların, eyni zamanda, digər Afrika ölkələrinin WUF13-də fəal iştirakına təkan verə biləcəyi ilə bağlı həmfikir olduqlarını, bu istiqamətdə praktiki işlərin davam edilməsinin əhəmiyyətini qeyd etdilər.
Səfir xanım nazirə 2025-ci ilin 15-17 oktyabr tarixlərində Xankəndi və Bakı şəhərlərində keçiriləcək 3-cü Azərbaycan Şəhərsalma Forumunun əhəmiyyəti haqqında məlumat vermiş və tədbirə dəvət etmişdir.
10:18 19.08.2025
Oxunuş sayı: 797