Putin və Tramp arasında telefon danışığı baş tutub

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Danışıq zamanı Tramp Putinə Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə keçirdiyi görüşlər barədə məlumat verib.
Həmçinin Putin və Tramp Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların vacibliyini dəstəkləyiblər.
Putin, Alyaskadakı görüş zamanı göstərilən qonaqpərvərliyə görə ABŞ Prezidentinə xüsusi təşəkkürünü bildirib.
Xumar Emilqızı
09:27 19.08.2025
Oxunuş sayı: 883