Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Avqustun 18-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.08% – 44,911.82 bəndədək, S&P 500 indeksi 0.01% – 6,449.15 bəndədək azalıb, Nasdaq indeksi isə 0.03% – 21,629.77 bəndədək artıb.
Crossmedia.az-ın məlumatına görə, Avropa fond bazarlarında avqustun 18-də FTSE 100 indeksi 0.21% – 9,157.74 bəndədək artıb, Almaniyanın DAX indeksi 0.18% – 24,314.77 bəndədək , Fransanın CAC-40 indeksi isə 0.50% – 7,884.05 bəndədək azalıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,01% azalaraq 1.1660 dollar təşkil edib.
09:04 19.08.2025
Oxunuş sayı: 876