Trampla Zelenskinin görüşü başa çatıb - YENİLƏNİB

ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü başa çatıb.
Crossmedia.az-ın məlumatına görə, bu barədə Ağ evin mətbuat xidməti bildirib.
Görüşdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens, xüsusi elçi Stiv Uitkoff və dövlət katibi Marko Rubio da iştirak ediblər.
22:10
Ağ Evdə ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Zelenski arasında ikitərəfli görüş keçirilir.
Crossmedia.az-ın məlumatına görə, görüşdə vitse-prezident Ceyms Devid Vens, xüsusi elçi Stiv Uitkoff və Dövlət katibi Marko Rubio da iştirak edir.
Qeyd edək ki, liderlər ikitərəfli görüşdən sonra NATO Baş katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr Stubbun iştirakı ilə geniş formatda görüş olacaq.
Xatırladaq ki, avqustun 15-də Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
22:37 18.08.2025
Oxunuş sayı: 784