İran prezidenti Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıqladı

İran prezidenti Məsud Pezeşkiyan Ermənistana səfəri ərəfəsində Zəngəzur dəhlizi barədə açıqlamalar verib. O, səfər zamanı “Şimal–Cənub” layihəsinin müzakirə olunacağını, “Şərq–Qərb” marşrutunun isə Şərqlə Qərb arasında ticarət əlaqələrinin genişlənməsi üçün mühüm platforma ola biləcəyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Pezeşkiyan eyni zamanda regionda ABŞ şirkətlərinin fəaliyyətindən narahatlığını ifadə edib. Onun sözlərinə görə, belə şirkətlər bir bəhanə ilə gəlsələr də, əslində başqa məqsədlərlə məşğul olurlar. Prezident qeyd edib ki, Ermənistanda keçiriləcək görüşlərdə bu narahatlıqlar və mövcud məsələlər müzakirə olunacaq.
Daha əvvəl "Mehr" agentliyinə açıqlamasında o, səfərin məqsədinin İranın özəl şirkətlərinin rolunu gücləndirmək və birgə investisiya layihələri də daxil olmaqla əvvəlcədən razılaşdırılmış təşəbbüsləri inkişaf etdirmək olduğunu vurğulamışdı.
Zəhra Ağayeva
20:40 18.08.2025
Oxunuş sayı: 911