Rusiya Venera-D layihəsini milli kosmik proqramına daxil etdi

Rusiya “Venera-D” adlı avtomatik planetlərarası zondun hazırlanması və buraxılışını milli kosmik tədqiqat proqramına daxil edib. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Planetar Fizika şöbəsinin rəhbəri Oleq Korablyov TASS-a açıqlama verib.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, onun sözlərinə görə, layihə üçün maliyyə vəsaiti ayrılıb və məsələ hökumət səviyyəsində təsdiqlənib. Açıqlama, Veneraya ilk uğurlu yumşaq eniş edən “Venera-7” aparatının buraxılışının 55-ci ildönümünə həsr olunub.
Alim əlavə edib ki, konseptual layihələndirmə işləri 2026-cı ilin yanvarından, milli proqramın icrası ilə paralel olaraq başlayacaq.
Nicat Rüstəmzadə
12:04 17.08.2025
Oxunuş sayı: 761